Markanın tarixi
İlk dəfə 2006-cı ildə bazara daxil olan Bizim Tarla markası ilə təqdim edilən məhsulların istehsalı zamanı
təbiilik böyük əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində yetişdirilən meyvə və tərəvəzlərdən istehsal edilən yaşıl noxud, tomat pastası, müxtəlif turşular, kompotlar qısa müddət ərzində istehlakçı rəğbəti qazanmışdır. Elə bu amil məhsulların xarici bazarlara satılmasına zəmin yaratmışdır.
2007-ci ildən etibarən Bizim Tarla markası ilə bazara müxtəlif turşular, kompotlar, mürəbbələr, ikra, leço, yaşıl noxud, tomat pastası təklif edilir.
Bu gün Bizim Tarla hər bir azərbaycanlının qürurla “yerli məhsul” deyə istehlak edə biləcəyi bir markadır.
Bundan başqa Bizim Tarla məhsulları Azərbaycan məhsulu adı ilə dünyanın bir çox ölkəsinə ixrac edilir.
Bizim Tarla daim inkişaf etdirilən və istehlakçı rəğbəti qazanan bir markadır. 2008-ci ildən etibarən isə Bizim Tarla Markası ilə bazara daha yeni, müxtəlif çeşidli mürəbbə, kompot və turşu və povidlo təqdim edilmişdir.
İstehsal
“Qafqaz Konserv Zavodu” MMC 12 sentyabr 2003-cü il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır.
Azərbaycanın Şimal bölgəsində, Xaçmaz Şəhərində fəaliyyətə başladığı gündən inkişaf yoluna qədəm qoymuş Qafqaz Konserv Zavodu keyfiyyətli məhsul istehsal etmə yönündə daim yüksəliş pillələri ilə irəliyə addımlamaqdadır. Müəssisədə 350-dən artıq nəfər işçi çalışır ki, bu da Xaçmaz bölgəsinin inkişaf amillərindən biridir. Qafqaz Konserv Zavodu 08/11/2005-ci tarixindən etibarən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistem Sertifikatına sahibdir (Sertifikat № KY-4187/05) və bütün sənədləşmə , eyni zamanda istehsal proses işlərini Azərbaycan Respublikasının Qanunvericiliyinə əsaslandırmaq şərti ilə Beynəlxalq normalar çərçivəsində həyata keçirir. Qafqaz Konserv Zavodunun rəhbərliyi istehsal olunan məhsulların keyfiyyəti ilə bağlı bütün standartların (DÜST, QOST, TSE) tətbiqi sahəsində lazımi əməliyyatlar aparmaqdadır.
Daim keyfiyyətli məhsul və xidməti ilk hədəf olaraq seçmiş Qafqaz Konserv Zavodu istehsal kəmiyyəti cəhətdən də yüksək inkişafa malikdir
Azərbaycanda yenilik
Azərbaycanda ilk dəfə olaraq məhz Bizim Tarla markası ilə yerli və təzə yaşıl noxuddan konserv istehsal edilərək bazara təqdim edilmişdir. Belə ki, Azersun Holding Şirkətlər Qrupunun təşəbbüsü ilə Beyləqandakı əkin sahələrində məhz konserv hazırlanması üçün yaşıl noxud becərilməsi hələ Azərbaycanda tətbiq edilməmişdi. 2007-ci ilin aprel ayından etibarən holdinq mütəxəssislərinin nəzarəti ilə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Beyləqanda yerləşən 152 hektarlıq ərazidə yaşıl noxud əkinlərinə başlanılmışdı. Həm yaşıl noxud becərilməsi və həm də istehsalının başlanması ilə əlaqədar Beyləqan və Xaçmaz rayonlarında 160 nəfərə yaxın insan işlə təmin edilmişdir. davamı
İxracat
Azərbaycan, çay, konserv məhsulları, günəbaxan, zeytun, qarğıdalı, bitki yağları, salfet və şəkər ixracatında liderdir.
1993-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyətə başlayan "Azersun Holding" çox keçmədən çay, yağ, salfet və konserv məhsullarını Müstəqil Dövlətlər Birliyinə və şərqə ixrac edərək liderə çevrildi . Yüksək keyfiyyətli məhsulları rəqabətə aparacaq qiymətə satmaq üçün "Azersun Holding" kollektivi məsuliyyəti öz üzərinə götürmüşdür.
"Azersun Holding"in peşəkar işçiləri, bütün dünyadakı müştərilərimizin tələblərini qarşılamaq və məhsullarının, xidmətlərinin keyfiyyətini yüksəltmək üçün dayanmadan çalışır. Ola bildiyi qədər çox sayda müştəri ilə əlaqə yaratmaq və dəyərli məhsullarımızı hər kəslə bölüşmək üçün geniş şəkildə inkişafın yeni yollarını axtarırıq. Uğurumuzun bağlı olduğu müştəri məmnuniyyəti, eyni zamanda bizim əsas diqqətimizi yönəltdiyimiz nöqtələrdəndir.
Əsas Dəyərlərimiz
"Azersun Holding" yeganə missiyasını davam etdirir. Bu missiya daha çox təşkilatımız üçün çox əhəmiyyətlidir və şirkət mədəniyyətimizin dəstəklədiyi əsas dəyərlərin əks olunmasıdır.
Keyfiyyət məsuliyyəti. Müştərilərimizə lazım olduğu qədər, "Azersun Holding" yüksək keyfiyyət standartları ilə fəaliyyət göstərir. İstehsal etdiyimiz bütün məhsulların daşınması və satışı maksimum keyfiyyətin təmini üçün edilir. Məhsullarımızın keyfiyyətini, zövqlərə uyğunluğu, dözümlülüyü və xarici görünüşü müəyyən etməkdədir. Mütəmadi olaraq keyfiyyət, bizi qida məhsullarının lider ixracatçısına çevirmişdir.
Vərdiş edilməmiş xidmət. Bizim ən böyük üstünlüyümüz müştərilərimizin bildiyi və gözlədiyi xidməti verməkdir. Müştərilərimiz yüksək keyfiyyətli standartlara sahibdir və biz mütəmadi şəkildə müştərilərimizin tələblərinə cavab vermək üçün yüksək səviyyəli müştəri xidmətləri göstərərək səyimizi əsirgəmirik. Bilirik ki, belə bir davranışla müştərilərimizi öz işimizin müdafiəçilərinə çeviririk. Ona görə də, müştərilərimizə mükəmməl, sürətli və bilgili xidmət göstərməyi düşünürük.
Bütün sazişlərimizdə dürüstlük. Biz bütün sazişlərimizdə dürüstlük və etimadlı olduğumuza inanırıq. Həmişə müştərilərimiz, distributorlarımız və işçilərimizə qarşı hörmət, ədalət və səmimiyyət göstəririk.
Yenilik. Cürət etməyən qazana bilməz! Bizim kollektivimiz yeniliklərə açıqdır, bu səbəbdən yeni düşüncə və fikirlərinizi bizimlə bölüşməkdən çəkinməyin.
Məhsullarımızı İxrac Etdiyimiz Ölkələr
"Azersun Holding" Azərbaycanda keyfiyyətli qida məhsullarının ən böyük istehsalçısıdır. Şirkətimiz böyüyən satış və reklam strategiyaları ilə bütün bazarlarda bazar payının əsas hissəsini əlində tutmaqdadır.
Aşağıda adı çəkilən ölkələrdə distributor və təmsilçiliklərimiz mövcuddur:
Lazım olan bütün tələbləri qarşılamaq üçün hər cür imkanımız vardır.
Rusiya
115201 Moskva şəh.
1-ci Varşavski proyezd. ev. 1a
tel\faks. +7 (495) 540 92 27
Gürcüstan
Trading Company "Ha" Ltd.
Statıon lilo Settlement 0151
Tbilisi / Georgıa
TEL: + 995 32 40 70 58
+ 995 32 40 71 39
FAX: + 995 32 40 70 57
Belarusiya
Estoniya
Qazaxıstan
Qırğızıstan
Latviya
Litva
Moldova
|
Özbəkistan
Tacikistan
Türkmənistan
Ukrayna
Türkiyə
İraq
İran
Əfqanıstan |
Əlaqə
Məlumat almaq üçün əlaqə qurmaqda tərəddüd etməyin.
Ünvan: Heydər Əliyev prospekti 92a AZ1029 Bakı-Azərbaycan
Telefon: (+99412) 496 60 01, 496 66 14
Faks: (+99412) 447 19 06
E-mail:
export@azersun.com