facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Yeni İl Gecəsi Salatı

Tərkibi:
200 q duzlu siyənək
1 baş soğan
2-3 çuğundur
3 ədəd Bizim Tarla Xiyar Turşusu
4 yerkökü
2 turşməzə alma
150 q bərk pendir
4 kartof
9 yumurta
göyərti
3 x.q. sirkə
0,5 ç.q. şəkər tozu
300 q mayonez
duz
1/4 st. quşüzümü (bəzək üçün, nar da olar)

Siyənəyi 1 sm enində şəridlərə doğrayın.
Soğanı nazik halqa doğrayıb 3%-li sirkə və şəkər tozunun qarışığında 5 dəqiqə marinə edin.
Çuğundur, kartof və yerkökünü qaynadıb soyudun, təmizləyin, sürtgəcin iri gözündən ayrı-ayrı qablara keçirin. İki bişmiş yerkökünü isə bəzək üçün saxlayın.
Almaları yuyub qabığını soyun, cecəyini çıxarıb sürtgəcdən keçirin.
Yumurtaları bişirin, 3 yumurtanı sürtgəcin iri gözündən keçirin.
Lay-lay düzün:
siyənək + soğan + göyərti + çuğundur + mayonez + doğranmış xiyar + sürtgəcdən keçirilmiş yerkökü + alma + pendir + kartof + mayonez + yumurta ağı (bu, «qar»dır).
düzəltmək üçün 6 yumurtanı ortadan bölüb, ağlarını salatın dövrəsi boyu düzün, üstünə yerköküdən rum rəqəmləri «yazın».
Quşüzümüvəgöyərtiiləbəzəyin.
 

Bu məhsul 0 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .