facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Xarço

 


Xarço (gürcü mətbəxi) (Bizim Tarla alça turşusu)
Mal əti....300 qr
Pomidor.. 1ədəd
Baş soğan...2 ədəd
Zeytun yağı
Qoz ləpəsi ...100qr
Düyü (yumru) 50 qr
Bizim Tarla alça turşusu və ya tkemali – 2x.q.
Sarımsaq...3 diş
Pul bibər...1ş.q.
Göyərti (keşniş və ya cəfəri) ... 1 dəstə
Xmel –suneli – 3 x.q.
Dəfnə yarpağı...3 ədəd
Zəfəran
Duz, istiot
Ət kiçik parçası bölünür, üzərinə su əlavə edilib qaynadılır, kəfi yığılır və zəif odda bişirilir.Düyü və zəfəranın üzərinə qaynar su əlavə olunub isladılır.Baş soğan xırda doğranılır və dərin qazanda bitki yağında şəffaf olana qədər qızardılır, pul bibər əlavə edilir.Qızaran soğana qabığı soyulmuş və xırda doğranmış pomidor əlavə olunur, birlikdə qızardılır, duz və istiot əlavə olunur.Ət bişəndən sonra bulyondan çıxarılır və qovrulmuş tərəvəzlərə əlavə edilir.Bulyon qızarmış tərəvəzlərin üzərnə tənzifdən süzülür.Bulyona düyü, zəfəran dəmləməsindən 2 x.q.dəfnə yarpağı əlavə olunur.Tavada qoz qovrulur və həvəngdəstədə döyülüb şorbaya əlavə edilir.Qaynayan şorbaya daha sonra xmeli-suneli, xırda doğranmış göyərti və sarımsaq, alça turşusu əlavə olunur.Şorba süfrəyə verilən zaman dəfnə yarpağı içindən çıxarılır

Bu məhsul 0 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .