facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Yumurtalı tərəvəz şorbası

Tərkibi:
göyərti: cəfəri, göy soğan, kərəviz
bolqar bibəri
göy noxud (konservə olunmuş da olar)
yumurta
yağsız qatıq 
kök
zeytun yağı — 1 x.q.
1 x.q. qaşıq tomat pastası əlavə etmək olar (tomat duzu əvəz edəcək və şorbaya rəng qatacaq

Hazırlanması: 
Kökü sürtgəcin iri gözündən keçirib zeytun yağında qızardın. Kök qızardıqdan sonra tomat pastası əlavə edin, qarışdırıb alovdan götürün. Göyərtini xırda-xırda, bibəri uzun-uzun doğrayın.
Yumurtanı qaynadın, təmizləyib 4 hissəyə bölün. Noxudun suyunu süzün.

Qaynayan suya qızardılmış kökü, bolqar bibəri və təxminən 4 x.q. göy noxud əlavə edin.
Kərəvizdən başqa digər göyərtiləri şorbaya töküb 10 dəqiqə bişirin. Alovdan götürüb kərəviz, yumurta və qatıq əlavə edin.
 

Bu məhsul 0 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .