facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Gürcüsayağı buğlama resepti (gürcü mətbəxi)

Tərkibi:
800 q qoyun əti
8 soğan, yaxud iki dəstə göy soğan
2 x.q. quyruq yağı
1,5 st. tkemali sousu
acı bibər (istəyə görə)
sarıkök, yaxud zəfəran
tərxun, keşniş, nanə, sarımsaq, duz - hamısı zövqə görə

Hazırlanması:
Ətin pərdələrini təmizləyib yuyun, bir nəfərə 5-6 ortaboy tikə hesabı ilə doğrayın. Qoyun quyruğu ilə qovurun, qazanını qapağını örtüb 10-12 dəqiqə bişirin. Nazik doğranmış soğan (yaxud göy soğan) əlavə edib yenə qapağını örtün. Tam hazır olanadək bişirin. Sonra azca bulyon, sürtgəcdən keçirilmiş sarımsaq, xırda doğranmış nanə, keşniş, tərxun, sarıkök, duz, istiot, tkemali sousu (yaxud göy tkemali meyvələri) əlavə edib bir buğum qaynadıb götürün.



Bu məhsul 1 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .