| Marka haqqında | Məhsullar | Xəbərlər | Reklamlar | Kulinariya | Faydalı Məlumatlar | Müştəri xidmətləri |
Salatlar
"Tərəvəz salatı"Tərkibi: 200 q pomidor, 200 q xiyar,200 q şirin bibər, 200 q brınza pendiri, 1 banka qara zeytun , göyərti, yaşıl soğan, duz, limon suyu, 100 q zeytun yağı.Hazırlanması: Tərəvəzlər və soğan halqavari şəkildə doğranır, üzərinə pendir və zeytun əlavə edilərək, alınmış salat duzlanaraq üzərinə limon suyu və zeytun yağı əlavə edilir. "Yunan salatı"Tərkibi: 200 q kişmiş, 200 q qoz, 1 banka konservləşdirilmiş qarğıdalı, 2 ədəd orta ölçülü nar, zövqə görə mayonez.Hazırlanması: Kişmiş yuyulur, suyu qurudularaq təmizlənir,qoz təmizlənərək hər yarısı təxminən 4 hissəyə bölünür, üzərinə konservləşdirilmiş qarğıdalı və təmizlənmiş nar dənələri əlavə edilib qarışdırılaraq, üzərinə mayonez əlavə edilir. "Mimoza Salatı"Tərkibi: 1 banka yağda konservləşdirilmiş balıq, 4 ədəd yumurta, 300 q kartof, 300 q kök, 100 q baş soğan, 250 q mayonez, 200 q cəfəri, şüyüd.Hazırlanması: Suda qaynadılmış kök və kartof soyuyaraq , sürtkəcdən keçirilir, yumurtanın ağı sarısından ayrılaraq kiçik hissələrə doğranır, baş soğan təmizlənərək kiçik hissələrə bölünür, balıq təmizlənərir, hissələrə ayrılır, dairəvi salat qabına balıqlar düzülür, kiçik layla mayonez səpilir,üzərinə yumurtanın ağları , sürtkəcədn keçirilmiş kök, soğan və kartof əlavə edilərək hər dəfə üzərinə mayonez əlavə edilir.Hazır salatın üzərinə isə qalan mayonez əlavə edilir, doğranmış göyərtilər səpilərək ortasına sürtkəcdən keçirilmiş yumurta sarısı əlavə edilir. "Göbələk salatı"Tərkibi: 250-300 q təzə şampinyon göbələyi,1 xörək qaşığı kərə yağı, 2 ədəd tam bişmiş yumurta, 1-2 ədəd pomidor, 1 ədəd alma, 100 q xama, 1-2 xörək qaşığı bitki yağı, limonun yarısının şirəsi, zövqə görə duz, şüyüd, kahı.Hazırlanması: Şampinyon göbələkləri kiçik dilimlərə bölünür, kərə yağında zəif odda azacıq qızardılır, soyudulur, almalar, pomidorlar, yumurta nazik dilimlərə bölünür, hamısı kahı ilə birlikdə bir boşqaba qoyularaq üzərinə xama, bitki yağı ilə qarışdırılmış limon suyu əlavə edilərək şüyüdlə bəzədillir. |
||||||
