Məhsullar

Şirələr

Azərbaycan narı, müxtəlifliyi və nar sortlarının miqdarına görə dünya üzrə birinci yerə sahibdir.  Azərbaycanda mövcud olan nar sortlarından ən qiymətliləri Şirvan zonasında yetişdirilən Şelli mələsi, Bala Mürsəl, Şahnaz Ağşirin, Gülövşə, Vələs sortlarıdı. Bizim Tarla nar şirələri üçün xammalı Biləsuvar rayonunda 310 hektar sahədə salınmış nar bağlarımız təmin edir.  Bizim Tarla nar şirələri, 100% təbii, GMO-suz, seçilmiş narlardan istehsal olunur və tərkibində konservant, şəkər əlavəsi, suni aroma vericilər kimi qatqı maddələri yoxdur. Ümumiyyətlə, nar şirəsi  A, C, E vitaminləri və antioksidantlarla zəngindir və insan orqanizminə bir çox faydaları vardır. Qan azlığını aradan qaldırması, həzm sistemini yaxşılaşdırması, ürək-damar xəstəliklərinə qarşı mübarizə aparması, bunlardan sadəcə bir neçəsidir. Həmçinin, təbii nar şirəsi, tərkibindəki antioksidantlar sayəsində, hüceyrələrin qocalmasının qarşısını alaraq, daha sağlam və cavan qalmanızda sizə kömək olacaqdır